Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Orxan Məmmədov: " KOB-ların yaratdığı əlavə dəyər iki dəfədən çox artıb"
"Azərbaycanda 2018-ci ildən bəri kiçik və orta biznes (KOB) subyektlərinin sayı 64%-ə yaxın artaraq 401 mini keçib. Bu dövrdə KOB-ların yaratdığı əlavə dəyər 2 dəfədən çox artaraq 9.8 milyard manatdan 20.1 milyard manata çatıb".
Oxu.Az xəbər verir ki, bu fikirləri 2024-cü ildə fəaliyyəti ilə fərqlənmiş sahibkarlara "Dayaq" mükafatının təqdim olunması mərasimində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, bu kateqoriyadan olan bizneslərin dövriyyəsi ötən il 43.8 milyard manat olub ki, bu da ölkə üzrə qeyri-neft dövriyyəsinin 37.3%-ni təşkil edib.

Məhərrəm Əliyev
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- "S&P Global" Azərbaycanda növbəti iki il üçün inflyasiya proqnozunu açıqlayıb
- "S&P": 2025-ci ildə Azərbaycanın nominal ÜDM-i 75 milyard dollara çatacaq
- Naxçıvanda Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edildi
- DİF və İqtisadiyyat Nazirliyi arasında Akselerator Platforması ilə bağlı Niyyət Məktubu imzalanıb
- "Veysəloğlu" Şirkətlər Qrupu ərzaq sektorun vergi ödəyiciləri arasında lider mövqeyə sahib oldu