Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Neymar "Santos"a keçir
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymar karyerasını Braziliya təmsilçisi "Santos"da davam etdirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano şəxsi "Instaqram" sosial şəbəkə hesabından məlumat paylaşıb.
O, tərəflərin şifahi razılığa gəldiyini və müqavilənin bu həftə imzalanacağını bildirib.
32 yaşlı futbolçunun "Santos"da çıxış etmək üçün maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razılıq verdiyi də qeyd olunub.
Futbolçu Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin başa çatmasına təxminən yarım il qalmasına baxmayaraq, artıq bu ay ölkəsinə qayıtmaq niyyətindədir.
Qeyd edək ki, braziliyalı futbolçu 2024-cü ildə zədə səbəbindən "Əl-Hilal"da cəmi iki oyuna çıxıb və 42 dəqiqə meydanda olub. Bununla yanaşı, hücumçunun illik qazancı 101 milyon avro təşkil edib.
Rəylər