Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Neymar "Santos"dan ayrılmaq istəyir
"Santos"un hücumçusu Neymar yay transfer pəncərəsində Avropaya qayıtmaq istəyir.
Oxu.Az "Cadena Ser"ə istinadən xəbər verir ki, braziliyalı futbolçu yenidən dünyanın ən yaxşı liqalarında oynamaq istəyir. Bütün mümkün təkliflər arasında onun tərəddüdsüz qəbul edəcəyi bir klub var - "Barselona". O, 2013-2017-ci illərdə çıxış etdiyi İspaniya nəhənginə qayıtmağı arzulayır.
Xatırladaq ki, 32 yaşlı futbolçu qış transfer pəncərəsində "Əl-Hilal"la müqaviləsini ləğv edərək yetirməsi olduğu kluba keçib və 6 aylıq müqaviləyə imza atıb.
Qeyd olunub ki, Neymar karyerasını yenidən aktivləşdirmək üçün "Santos"a keçib. Orada yenə ən yaxşı formasını göstərməyə çalışacaq.
"Neymar" teqi üzrə xəbərlər
- Braziliya millisinin iki əsas oyunçusu yığmadan kənarda qaldı: Kapitan - gecə əyləncəsinə görə
- "Bavariya" klubundan gözlənilməz addım - Neymarla danışıqlara başlanıb
- "Barselona"nın ulduzu UEFA Çempionlar Liqasında ən çox qol vuran braziliyalı oldu
- Neymar Braziliya yığmasına qayıdır
- "Barselona" Neymarın qarşısına şərt qoyub