"Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri 2024-cü ilin sonuna 1 milyard manat olub. Bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə üç dəfədən artıq, ötən illə müqayisədə isə 24 faiz çoxdur".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının Müşahidə Şurasının sədri Cəlal Əliyev Azərbaycan Maliyyə Forumunda deyib.
O bildirib ki, BOKT-ların nizamnamə kapitalı 2020-ci ildəki 141,4 milyon manatdan 2024-cü ilin sonuna 456,4 milyon manata yüksəlib:
"Sektorun xalis mənfəəti 231 milyon manat təşkil edib, verilən kreditlərin ümumi həcmi isə 800 milyon manatı ötüb".
Məhərrəm Əliyev