Türkiyənin Londondakı səfirliyi qarşısında bir nəfər kişi Qurani-Kərimi yandırıb.
Oxu.Az bu barədə "Daily Mail" nəşrinə istinadən məlumat verib.
Hadisənin necə baş verdiyini əks etdirən kadrlarda bir nəfərin əlində yanan Quran kitabı ilə Türkiyə səfirliyinə tərəf hərəkət etdiyi görünür. Qısa müddət sonra isə yoldan keçən şəxslərdən biri müqəddəs kitabı yandırana yaxınlaşaraq Quranı onun əlindən almağa çalışıb.
Hələlik hadisə barədə hər hansı rəsmi açıqlama verilməyib.
Türkiyənin Londondakı səfirliyinin qarşısında Quran yandırılıb