Lando Norris Niderland Qran-prisinin sıralanma turunda qalib gəlib.
Oxu.Az xəbər verir ki, "Formula-1" üzrə dünya çempionatının 2026-cı il mövsümünün 12-ci mərhələsi olan Niderland Qran-prisi Zandvoort avtodromunda keçirilir.
"McLaren" komandasının britaniyalı pilotu Lando Norris sıralanma turunda ən yaxşı nəticəni göstərərək yarışın əsas startında ilk sıradan başlamaq hüququ qazanıb.
İkinci yeri "Mercedes" komandasının britaniyalı pilotu Corc Rassell tutub. Onun komanda yoldaşı, italiyalı Kimi Antonelli isə üçüncü olub.
Qeyd edək ki, Rassell avqustun 22-də keçirilən sprint yarışının qalibi olub.
Niderland Qran-prisinin əsas yarışı avqustun 23-də keçiriləcək. Yarış Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.