Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Niderlandlı atlet qaçış zamanı huşunu itirib
Niderlandlı idmançı Mauren Koster qapalı məkanda keçirilən Avropa çempionatında 3000 metr məsafəyə qaçışın final mərhələsində huşunu itirib.
Oxu.Az "De Telegraaf"a istinadən xəbər verir ki, 32 yaşlı idmançı rəqiblərindən birinin ona toxunmasından sonra yıxılıb.
O, yıxılanda başı yerə çırpılıb və bundan sonra özündən gedib.
Niderland Atletika Federasiyasından bildirilib ki, həkimlərin müdaxiləsindən sonra atlet xəstəxanada özünə gəlib.
Qeyd edək ki, Koster 2015-ci ildə qapalı məkanda keçirilən Avropa çempionatının 3000 metr məsafəyə qaçış yarışında bürünc mükafat qazanıb. Üçqat Niderland çempionu 2016-cı ildə keçirilən Yay Olimpiya Oyunlarında da iştirak edib.