Manuel Noyer alman futbolçuları arasında yeni rekorda imza atıb.
Oxu.Az bu barədə "Prosport"a istinadən xəbər verir.
"Bavariya"nın 40 yaşlı qapıçısı 2026/27 mövsümünün Liqa mərhələsinin 1-ci turunda "Budyo-Qlimt"ə qarşı oyunda start heyətində meydana çıxıb. Beləliklə, bu mövsüm Noyer üçün Çempionlar Liqasında 18-ci mövsüm olub.
Bu göstərici ilə Noyer Avropa Çempionlar Kuboku dövrü də daxil olmaqla, turnirin tarixində alman futbolçuları arasında rekordçuya çevrilib. O, 17 mövsüm göstəricisinə malik Tomas Mülleri geridə qoyub.
Noyer "Bavariya"nın heyətində 2013-cü ildə Çempionlar Liqasının qalibi olub.