Türkiyənin “NTV spor” televiziya kanalı “Bakı-2015” birinci Avropa Oyunlarını hər gün yeddi saat canlı yayımlayacaq.
Oxu.Az AzərTAc-a istinadən məlumatına görə, Avropa Oyunlarının açılış və bağlanış mərasimləri də “NTV spor”un efirində birbaşa göstəriləcək.
“NTV spor” ilə ilk Avropa Oyunlarının Əməliyyat Komitəsi arasında bu barədə müqavilə imzalanıb.