Azərbaycanlı futbolçu Nurlan Novruzovun Estoniyada üzləşdiyi işçi vizası problemi həll olunub.
Oxu.Az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində Estoniyaya işçi vizası alan N.Novruzov ötən gün Superkubok matçında iştirak edə bilib.
Sabah 27 yaşını qeyd edəcək futbolçu yeni qoşulduğu Narva şəhərinin “Trans” komandası ilə paytaxtın “Flora” klubuna qarşı çıxış edib.
O, 52-ci dəqiqədə Estoniyada debütünü reallaşdırıb. Bununla belə, N.Novruzovun komandası 0:2 hesabı ilə uduzub.
Son kubokun qalibi “Trans”a gümüş, çempion “Flora”ya isə qızıl medallar və kubok verilib.
Səbuhi Musayev