“İdman gimnastikası üzrə Dünya Kubokunun Bakı mərhələsinin Təşkilat Komitəsi yarış iştirakçılarını koronavirus infeksiyası təhlükəsindən qorumaq üçün tədbirlər görüb”.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə TASS-a məlumat verib.
“Dünya Kubokunun Bakı mərhələsi Olimpiada üçün təsnifat turnirlərindən biridir. 42 ölkədən olan bütün nümayəndələr artıq Azərbaycandadır”, – deyə Məmmədzadə bildirib.
O, Bakıda heç bir risk olmadığını qeyd edib: “Təşkilat Komitəsi insanların təhlükəsizliyi üçün əlindən gələni edir. Fevralın ortalarında bizdə batut gimnastikası üzrə Dünya Kuboku keçirilib. Həmin vaxt artıq koronavirus barədə məlumatlar yayılmışdı. Onda da hər şey normal keçdi.
“Epidemioloji vəziyyətin daha əlverişsiz olduğu ölkələrdən gələn qonaqlar hava limanından düşən kimi müayinə üçün dərhal xəstəxanaya aparılıb. Burda söhbət Çin, Cənubi Koreya, İtaliya və İran nümayəndələrindən gedir. Xoşbəxtlikdən onların heç birində problem aşkarlanmayıb. Hamısı sağlamdır”.
İdman gimnastikası üzrə Dünya Kubokunun Bakı mərhələsi bu gün başlayıb və ayın 15-nə kimi davam edəcək.
Rusiya yığmasının baş məşqçisi Valentina Rodionenko Bakıya gəlməzdən əvvəl TASS-a yarışların tamaşaçısız keçirilməli olduğunu bildirib.
“Əsas və məşq zallarında əllər üçün divar sterilizatorları, girişdə isə termal kamera var. Binaya girən insanların hamısının uzaqdan bədən temperaturu ölçülür. Bu yolla binaya daxil olan hər bir insanın səhhəti barədə məlumat alırıq”, - deyə Məmmədzadə vurğulayıb.
Onun sözlərinə görə, hər gün məşq və yarışlar bitdikdən sonra zalın dezinfeksiya olunması planlaşdırılıb.