Gürcüstanlı döyüşçü Saba Lazişvili noyabrın 14-də Əbu-Dabidə keçiriləcək "Real American Freestyle" (RAF) təşkilatının turnirində rusiyalı Umar Nurməhəmmədovun əvəzinə mübarizə aparacaq.
Oxu.Az xəbər verir ki, bu barədə RAF-ın mətbuat xidməti məlumat yayıb.
21 yaşlı Lazişvili UFC-nin yüngül çəkidə sabiq titul iddiaçısı, 47 yaşlı amerikalı Yurayya Feyberlə qarşılaşacaq. Əvvəlcə həmin görüşdə Umar Nurməhəmmədovun iştirak etməsi planlaşdırılırdı.
Qeyd edək ki, Lazişvili UFC-nin sabiq çempionu Merab Dvalişvili və Umar Nurməhəmmədovun qardaşı Usman Nurməhəmmədovun da iştirak etdiyi kütləvi davada yer alıb.
Dvalişvili noyabrın 11-də Əbu-Dabidəki hotelin foyesində Usmanın və onun ətrafındakı şəxslərin ona hücum etdiyini iddia edib.