MMA döyüşçüsü Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov irlandiyalı Konor Makqreqorun Moskvaya gəlməsinə münasibət bildirib.
O fikirlərini “Instagram” hesabında bölüşüb:
“Konor artıq Ukraynadadır, fikirləşin görək, Moskvada onunla nə etmək olar?”, - A.Nurməhəmmədov yazıb.
Xatırladaq ki, dünən Makqreqor Kiyevdə mətbuat konfransı keçirərək, Ukrayna Prezidenti Vladimir Zelenski haqqında danışıb. Oktyabrın 24-də irlandiyalı Moskvada mətbuat qarşısına çıxarılacaq. O, gələcək planları ilə bağlı görüş keçirəcək.
Sonuncu dəfə Nurməhəmmədov və Makqreqor UFC çempionatı çərçivəsində görüşüblər. Nurməhəmmədov həmin görüşdən qələbə ilə ayrılıb.
Посмотреть эту публикацию в Instagram"Ukrayna" teqi üzrə xəbərlər
- Denis Şmıqal: "Azərbaycan şirkətlərini Ukraynanın bərpasında iştiraka dəvət edirik"
- Azərbaycanda daha bir idxal yağının satışı dayandırıldı - Foto
- Ukraynada "Karfagen" işi: Cinayətkar qruplaşma jurnalistlərə qarşı sui-qəsd planlarını müzakirə edib
- Zelenskinin keçmiş mətbuat katibi dövlətə xəyanətdə şübhəli bilinir
- Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub"
Digər xəbərlər