İngiltərənin "Nyukasl" futbol klubu baş məşqçi Eddi Hounun vəzifəsindən ayrıldığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Jurnalist Fabritsio Romanonun məlumatına görə, "Nyukasl"a yeni baş məşqçi kimi almaniyalı Mattias Yayssle təyin olunacaq.
Qeyd edək ki, 48 yaşlı Eddi Hou 2021-ci ilin noyabrında "Nyukasl"ın baş məşqçisi təyin edilmişdi.
Komanda məhz onun baş məşqçiliyi altında 2024/25 mövsümündə İngiltərə Liqa Kubokunun qalibi olub. Ötən mövsüm isə klub İngiltərə Premyer Liqasını 12-ci pillədə başa vurub. Təcrübəli mütəxəssis daha öncə İngiltərədə "Bornmut" və "Börnli" komandalarına da rəhbərlik edib.