Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Okan Buruk derbidən sonra hakimi sərt tənqid etdi: "Matçı 0-0 bitirməyə gəlmişdi"
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Fənərbağça" ilə matçdan sonra oyunun baş hakimi Slavko Viniçi tənqid edib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Buruk matçın idarə olunmasından narazı qalıb.
"Çempionlar Liqasının finalını idarə edən hakimin əli titrədi. Üç dəfə heç nə olmamış fit səsləndirdi. Çox pis səhvlər etdi. Mert voleybol oynadı, dördüncü hakim əllə oyun olduğunu dedi, ona da qulaq asmadı. Bu, türk hakimlərinə hörmətsizlikdir. Türk olduğu üçün dördüncü hakimi dinləməmək hörmətsizlikdir. Oyundan sonra Vinçiçə dedim. Dedim ki, oyunu türk hakimlərdən daha pis idarə etdin. Hakimin performansından narazıyam. Gözlənti yaranır, bir ətək pul verirsən, amma o, sanki matçı 0-0 bitirməyə gəlmişdi", - deyə "Qalatasaray"ın baş məşqçisi bildirib.
Qeyd edək ki, Türkiyə Superliqasının 25-ci turu çərçivəsində baş tutmuş "Qalatasaray" - "Fənərbağça" derbisi qolsuz bitib. Xüsusi olaraq derbini idarə etmək üçün sloveniyalı hakim Slavko Viniç dəvət edilib. Bu addım Superliqa klublarının son dövrdə türkiyəli hakimlərdən ciddi narazılığı fonunda atılıb.
"Okan Buruk" teqi üzrə xəbərlər
- Okan Buruk "Fənərbağça" ilə oyunöncəsi hakimlərlə bağlı danışdı: "İstəyir, yadplanetli gəlsin"
- Okan Buruk ispaniyalı futbolçu ilə danışıqlar üçün Fransaya yollanacaq
- Okan Buruk Mauro İkardi və Viktor Osimheni birlikdə oynatmaq qərarına gəlib
- "Qalatasaray" rəsmiləri Okan Burukla bağlı yekun qərarı açıqlayıblar
- Okan Buruk "Yanq Boyz"la pley-off mərhələsinin cavab matçında komandasını tribunadan idarə edəcək