UEFA Çempionlar Liqasında "Sportinq"ə məğlubiyyətdən sonra "Qalatasaray"ın baş məşqçisi Okan Buruk hakim qərarlarını kəskin tənqid edib.
Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
"Hakim hər mənada əleyhimizə işlədi. Futbolçularımız da buna görə məyus idilər. Mənim kədərim məğlubiyyətlə bağlı deyil. Biz bu oyunda asanlıqla qalib gəlib buradan ayrıla bilərdik. Çempionlar Liqasında belə fürsətlər hər zaman ələ düşmür. Buraxdığımız penalti qolu bizi psixoloji olaraq həqiqətən sarsıtdı.
Hakimin qırmızı vərəqə göstərməməsi və verilməyən penaltimiz bizi oyundan qopardı. Burada rahatlıqla qalib gələ bilərdik - 1:0, 2:0, 3:0... Rəqibimizi təbrik edirəm. VAR hakimi deyəsən stadonda yox idi, heç bir epizoda müdaxilə etmədi. Təəssüf ki, stadiona gəlməmişdi. O, həm qırmızı vərəqə epizodunu, həm də penaltinin olmadığını baş hakimə bildirməli idi. Göstərilməyən çoxlu sarı vərəqələr də oldu" , - deyə Buruk vurğulayıb.