Olimpiada tarixində ilk transseksual idmançı olan Lorel Habbard Tokiodakı uğursuz çıxışından sonra böyük idmandan ayrılır.
Bu barədə RT xəbər verib.
“Mən artıq o yaşda deyiləm. Açığını deyim ki, çoxdan belədir. Təqaüdə çıxmağı düşünməyin və başqa şeylərə diqqət yetirməyin vaxtı gəlib”, - deyı o, bildirib.
Qeyd edək ki, Yeni Zelandiyadan olan ağırlıqqaldırıcı Yaponiyada keçirilən yarışlarda heç bir çəkini qaldıra bilməyib.
L.Habbard 87 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparıb. Tokiodakı uğursuzluğa baxmayaraq, ağır atlet, hər idmançı kimi bu səviyyəli yarışlarda iştirak etmək arzusunda olduğu üçün məğlubiyyətdən kədərlənmədiyini bildirib.