Olimpiya çempionu Maykl Conson Bakıya səfəri zamanı Bakı2015 Avropa Oyunlarının əsas ofisində olub.
Dörd dəfə Olimpiya çempionu Maykl Conson iyun ayının 23-də Bakı Bulvarında Olimpiya Günü tədbirlərində iştirak etmək, gənc və qələbəyə iddialı azərbaycanlı idmançılarla görüşmək üçün bu həftə Bakıda olub.
Bakı2015-ni rəsmi tərəfdaşlarından biri olan BP şirkətinin səfiri, Cənab Conson Bakı2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əsas ofisində olub və BEGOC-un işçi heyəti və eləcə də, iki olimpiyaçı ilə görüşüb.
O, həmçinin, hazırda tikilməkdə olan Milli Stadiona baxmazdan öncə gələn ilin yayında keçiriləcək Avropa Oyunları zamanı 9000-dən çox idmançı və rəsmi şəxsləri özündə yerləşdirə biləcək yenicə inşa edilmiş Bakı2015 Atletlər Kəndinə də gedib.
Bakı2015-in Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq deyib:
“Bakı2015-in baş ofisində dünyanın ən böyük olimpiyaçılarını salamlamaq və onları ilk Avropa Oyunlarına hazırlıq işlərimizin gedişatı ilə tanış etmək bizim üçün şərəfdir.
“Maykl dünya Oyunları barədə misilsiz biliyə malikdir, odur ki, burada, BEGOC-da bizim heyətimizlə öz təcrübəsi ilə bölüşmək və Azərbaycanın qələbəyə iddialı gələcək idmançılarına öz məsləhətlərini vermək üçün bu əla imkan idi”.
Cənab Conson deyib:
“Bu həftə ərzində Bakıda olmaqdan və Azərbaycanda idman üçün artan həvəsə şahid olmaqdan zövq aldım.
Oyunları qəbul etmək ilhamlandırır, mən bunu çox yaxşı başa düşürəm. Birinci Avropa Oyunları azərbaycanlı idmançılara uğur əldə etməyə və tarixi yazmağa fantastik bir imkandır”.
Cənab Conson yüngül atletika tarixində ən böyük və ən sabit sprinterlərdən sayılır və hazırda 400 metr məsafəyə qaçış üzrə Olimpiya və Dünya rekordlarının sahibidir. O, eyni zamanda, 1996-cı ildən 2008-ci ilədək 12 il ərzində 200 metr məsafə üzrə Olimpiya və Dünya rekordlarını qazanıb.
İyunun 23-də bütün dünya üzrə Olimpiya Günü qeyd edilir və bu gün müasir Olimpiya Oyunlarının yarandığı 1894-cü il tarixi ilə bağlıdır. Yüz minlərlə insan - həm gənc və həm də yaşlı - ənənəvi olaraq qaçış, sərgilər, musiqi və təhsillə bağlı tədbirlər kimi idman fəaliyyətlərində iştirak edirlər. Bu tədbir Olimpiya ideallarının dünyanın hər bir yerində təbliğ olunmasına kömək edib.