Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Turan Bayramov (65 kq) qələbəsini şərh edib.
Oxu.Az xəbər verir ki, sərbəst güləşçimiz rahat çempion olduğunu qeyd edib:
“İnanırdım ki, finala vəsiqə qazanacağam. Qrupdakı görüşlərim çox da çətin keçmədi. Finaldakı rəqib güclü olsa da, ona da çox rahat qalib gəldim. Sevincimin həddi-hüdudu yoxdur. Hisslərimi ifadə edə bilmirəm. Üzərimdə əziyyəti olan şəxslərə minnətdarlığımı bildirirəm. Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə və federasiyamıza təşəkkür edirəm”.
Səbuhi MUSAYEV
www.oxu.az