Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Olimpiya mükafatçımız hərbçilərin Dünya Oyunlarında Azərbaycana altıncı medalı qazandırıb
Çinin Uxan şəhərində hərbçi idmançılar arasında keçirilən VII Dünya Oyunlarında Azərbaycan daha bir medal qazanıb.
Oxu.Az xəbər verir ki, boksçumuz Salman Əlizadə (-49 kq) 1/8 finalda suriyalı Hussin Əl Məsrini (3:1) və 1/4 finalda nepallı Teca Bahadur Deubanı (5:0) məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Bu səbəbdən idmançımız özünə ən azı bürünc medalı təmin edib. Gənclər arasında dünya çempionumuz, yeniyetmələr arasında Olimpiya ikincisi və böyüklər arasında Avropa çempionumuzun yarımfinaldakı rəqibi peşəkar boksla da məşğul olan hindistanlı Dipak Tanvar olacaq. Bu görüş sabah Bakı vaxtı ilə saat 09:45-də başlayacaq.
Digər boksçularımızdan I Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev (-56 kq) monqolustanlı, Ruslan Rüstəmov (-60 kq) çinli, Sərxan Əliyev (-64 kq) qazaxıstanlı, Səbuhi Abışov (-69 kq) rusiyalı və İsmayıl Yaqubov (-91 kq) rumıniyalı rəqiblərinə uduzaraq mübarizəni başa vurub. Qadın boksçumuz Aynur Rzayeva (-75 kq) ilk görüşündə rusiyalı idmançıya uduzaraq turnirlə vidalaşıb.
Qeyd edək ki, Azərbaycan indiyədək altı medalı özünə təmin edib. Bu medallardan ikisinin əyarı bu gün az sonra yunan-Roma güləşində müəyyənləşəcək.
Səbuhi Musayev
"Bakı" teqi üzrə xəbərlər
- Bakı şəhərində tramvay xətlərinin inşa olunması üçün zonalar müəyyənləşdirilir
- Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü
- İtlərin hücumuna məruz qalan məktəbli DANIŞDI: "Üstümə gəldi, sığallamaq istəyirdim"
- Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı RƏSMİ AÇIQLAMA
- Avtomobillərə qaz balonu kimin icazəsi ilə və harada quraşdırılmalıdır?
Rəylər