AFFA Avropa-2016 çempionatının Azərbaycan və İtaliya yığmaları arasında keçiriləcək növbəti seçmə matçına gəlməyi planlaşdıran azarkeşlərə müraciət edib.
Oxu.Az xəbər verir ki, məlumatda oktyabrın 10-da oyunların keçiriləcəyi 68 minlik Olimpiya stadionunun parkinqində cəmi 2500 yer var.
AFFA azarkeşlərə xəbərdarlıq edir ki, parkinqdə yalnız saat 21:00-dək stadiona gələn şəxslər yer tapa biləcəklər.
Tez gəlmək üçün stimul da var - oyuna 4 saat qalmış təşkil olunacaq fotosessiyada istənilən şəxs İtaliya Futbol Federasiyasının Bakıya gətirəcəyi Dünya kuboku ilə şəkil çəkdirə bilər.
F.H.
www.oxu.az