Dünyaca məşhur rəssam Omar Momani "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanova karikatura həsr edib.
Oxu.Az xəbər verir ki, o karikaturanı "Facebook" hesabında paylaşıb.
Momani paylaşımına "Qurban Qurbanov - əsl Qarabağ əfsanəsi" şərhini yazıb.
Karikaturada Qurban Qurbanovun Qarabağ atı belində təsviri əks olunub. O, təsvirdə Roma imperatoru Yuli Sezara bənzədilib.
