UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Zirə" komandasının səfərdə "Osiyek"ə qarşı keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb.
Oxu.Az xəbər verir ki, avqustun 8-də Xorvatiyada baş tutacaq "Osiyek" - "Zirə" oyununu yunanıstanlı hakimlər briqadası idarə edəcək.
Baş hakim Aristotelis Diamantopulos yan xətt hakimləri Konstantinas Psarris və Konstantinas Triantafyolli köməklik edəcəklər. Dördüncü hakim isə Konstantinas Perrakis olacaq.
Qeyd edək ki, matçın VAR hakimi Stefanos Koymparakis, AVAR hakimi isə Spridon Zampalas olacaqlar.