Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Özbəkistan millisinin gənc futbolçusu karyerasını "Mançester Siti"də davam etdirə bilər
İngiltərə çempionu "Mançester Siti" Özbəkistan millisinin mərkəz müdafiəçisi Abdukodir Xusanovu heyətinə qatmaq istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
"Şəhərlilər" sözügedən transferi yaxın zamanda həyata keçirməyi planlaşdırırlar. Hazırda Fransanın "Lans" komandasında çıxış edən 20 yaşlı futbolçu bir neçə aparıcı klubun maraq dairəsindədir.
Qeyd edək ki, A.Xusanov Özbəkistan yığmasının heyətində 18 qarşılaşmada meydana çıxıb. "Transfermarkt" portalı onun dəyərini 12 milyon avro qiymətləndirir.
"Mançester Siti FK" teqi üzrə xəbərlər
- Ötən mövsüm futbolçuların maaşlarına ən çox pul xərcləyən Avropa klubları - SİYAHI
- İngiltərə Premyer Liqası: "Mançester Siti" növbəti dəfə məğlub oldu
- 21 yaşlı özbəkistanlı futbolçu "Mançester Siti"də ayın futbolçusu seçildi
- Alvaro Neqredo karyerasını başa vurdu
- Kevin De Bruyne "Mançester Siti"də qalacaq?
Ən çox oxunanlar