Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Slovakiyanın baş naziri Ukraynanı hədələdi
"Ukraynanın Rusiya qazının tranzitini dayandırmasına cavab olaraq, Slovakiyanın hakim SMER-SD partiyası ukraynalı qaçqınlara yardımın azaldılmasını dəstəkləməyə hazırdır".
Oxu.Az-ın RBC.ru-ya istinadən xəbərinə görə, bu sözləri Slovakiyanın Baş naziri Robert Fitso "Facebook" səhifəsində videomüraciətində deyib.
"Biz elektrik enerjisinin verilişinin dayandırılması və Slovakiya ərazisində olan Ukrayna vətəndaşlarına dəstəyin əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı koalisiyada müzakirələr aparmağa və razılığa gəlməyə hazırıq", - deyə o bildirib.
Fitsonun sözlərinə görə, ölkə hökuməti, həmçinin, Kiyevin tranziti dayandırmaq qərarına "adekvat cavab" kimi görülə biləcək tədbirləri də müzakirə edəcək. Eyni zamanda, siyasətçi əlavə edib ki, respublika daxili istehlak üçün kifayət qədər qaz həcminə malikdir və onun qiyməti slovaklar üçün bu il artmayacaq.
"Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın dövlət maliyyəsini sabotaj etməyə və bütün Aİ-nin maliyyə maraqlarına zərbə vurmağa başlayıb. Slovakiya suveren ölkə olduğunu göstərməlidir", - deyə Fitso vurğulayıb.
Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən Rusiya qazının Ukraynadan tranzit yolu ilə Avropa İttifaqına nəqli dayandırılıb. Moskva razılaşmanın müddətini uzatmağa hazır olduğunu bildirsə də, Kiyev bundan imtina edib. Bu, "Şimal axını"nın partlamasından və Yamal-Avropa qaz kəməri ilə nəqlin dayandırılmasından sonra Rusiyadan qazın Mərkəzi Avropaya axdığı sonuncu xətdir.
"Robert Fitso" teqi üzrə xəbərlər
- Robert Fitsonun gizli "tətili": Slovakiya hökumət başçısı harada gizlənirdi?
- Brüsselin Vilnüs üzərindən başsağlığı zəngi
- Siyasət xəritəsi: Dünya 2024-cü ili hansı hadisələrlə xatırlayacaq?
- Zelenskidən Slovakiya baş nazirinə rüşvət təklifi ilə bağlı açıqlama: "Biz pul verməyə hazır idik"
- Slovakiyanın baş nazirindən iddia: "Zelenski mənə 500 milyon avro rüşvət təklif etdi"
Rəylər