Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Paris-2024: Bağlanış mərasimində Azərbaycan bayrağını daşıyacaq idmançılar müəyyənləşib
Fransanın paytaxtı Parisdə təşkil olunacaq Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.
"Report"un məlumatına görə, mərasimdə ölkəmizin bayrağını Paralimpiya çempionlarımız Səid Nəcəfzadə və Lamiyə Vəliyeva daşıyacaqlar.
Bu axşam Bakı vaxtı ilə saat 22:30-da start götürəcək tədbirin bağlanış mərasimi "Stad de Frans"da baş tutacaq.
Qeyd edək ki, ölkəmiz turnirdə 7 növdə 19 idmançı ilə təmsil olunub.
Yığmamız Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla başa vurublar.
Onlardan 4-ü qızıl, 2-si gümüş, 5-i bürünc əyarlıdır.
İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxası üstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala sahib çıxıblar.
Yarış avqustun 28-də start götürüb.
"Paris-2024 Yay Paralimpiya Oyunları" teqi üzrə xəbərlər
- Dünyanın ən yaxşısı seçilən azərbaycanlı: "Yeddi il boyunca uduzdum"
- Lamiyə Vəliyeva afrikalı idmançı ilə ailə həyatı qurdu
- Paralimpiya çempionu: "Şadam ki, xalqımızı layiqincə təmsil etdim"
- Şahvələd Əliyev: "İdmançılarımızın göstəricilərindən tam razıyıq"
- Paralimpiya çempionu Orxan Aslanov: "Çətinlikdən qorxsaydım, idmanda olmazdım"
Rəylər