Paris Olimpiya Oyunlarının pnevmatik tapança ilə atəşaçmada gümüş mükafatın sahibi Kim Ye Ji Cənubi Koreyanın İmsil şəhərində mətbuat konfransı zamanı huşunu itirib.
Oxu.Az xəbər verir ki, idmançı təxminən 10 dəqiqəyə özünə gəlib. Kim Ye Jiyə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.
Qeyd edək ki, mediada yayılan xəbərlərə görə, idmançının vəziyyəti Fransada keçirilən yarışlardan sonra pisləşib.
Qeyd edək ki, koreyalı idmançı 2024-cü il Olimpiadasının qızıl medalını qazanmadan belə sosial şəbəkələrdə gözlənilmədən böyük populyarlıq qazanıb. O, 10 metr məsafəyə tapançadan atəş açmada gümüş medal qazansa da, mediada uğuru ona nəticələri deyil, yarış zamanı imici gətirib. Məsələ Kimin hədəfləri vurarkən soyuqqanlılığı, ciddiliyi və kəmərindən asılmış yumşaq fil oyuncağının birləşməsindədir. Bu oyuncaq onun qızının verdiyi talismandır.
Azarkeşlər bu yaxınlarda Azərbaycanda keçirilən və Kimin qalib gəldiyi dünya çempionatını da xatırlayıblar. Həmin yarışda son atış ona təkcə qızıl deyil, həm də dünya rekordu gətirib. Bu zaman Kimin üzündə heç bir əzələ belə hərəkət etməyib.
Rəylər