Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azyaşlının cibində cəzaçəkmə müəssisəsinə telefon keçirmək istədilər
5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatının keçirilməsinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayıb.
Bildirilib ki, məhkum Samir Xanhüseyn oğlu Məlikovla görüşə gəlmiş atası və sonuncunun azyaşlı nəvəsinin üzərinə baxış keçirilən zaman azyaşlının əynindəki şalvarının içəri hissəsində gizlədilmiş, daxilində danışıq kartı olan bir ədəd "Samsung" markalı mobil telefon aparatı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
Rəylər