Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Pep Qvardiola 30 illik həyat yoldaşından futbola görə boşandı
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola 30 illik münasibətdən sonra həyat yoldaşı Kristina Serra ilə futbol üstündə boşanıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" xəbər yayıb.
Bildirilib ki, ayrılığın səbəbi ispan mütəxəssisin İngiltərə klubu ilə müqaviləni uzatmaq qərarı olub.
Mənbə boşanmanın təşəbbüskarının Serra olduğunu vurğulayıb. Belə ki, qadın həyat yoldaşını peşəkar layihəsinə həddindən artıq diqqət yetirməkdə günahlandırıb.
Cütlüyün dostlarının fikrincə, bu, qəti boşanma deyil, sadəcə ayrılıq ola bilər.
Qeyd edək ki, boşanma haqqında mediada məlumat yanvarın 13-də yayılıb. Bildirilir ki, qərar 2024-cü ilin dekabrında qəbul edilib, lakin cütlük ətrafdakılardan təfərrüat açıqlamamağı xahiş edib. Həmçinin məlum olub ki, ayrılığa baxmayaraq, cütlüyün münasibətləri dostcasınadır. Onların nikahından üç uşaq dünyaya gəlib.
"Pep Qvardiola" teqi üzrə xəbərlər
- Pep Qvardiola antirekorda imza atıb
- Qvardiola Çempionlar Liqasında yenə emosiyalarını saxlaya bilmədi: Başını və üzünü cırmaqladı
- Qvardiola Çempionlar Liqasında "Mançester Siti"nin qələbə şansları barədə fikrini bölüşdü
- "Mançester Siti" klubu UEFA Çempionlar Liqasındakı son 11 ilin ən pis nəticəsinə imza atıb
- Pep Qvardiola həyat yoldaşından boşandı
Rəylər