Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiya ilk uçan avtomobilini nümayiş etdirdi
Rusiya özünün ilk uçan avtomobilini nümayiş etdirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "No Limits" "Telegram" kanalı xəbər verib.
Qeyd edilir ki, Rusiyada ilk uçan avtomobilinin prototipi "İF-9" adı ilə Moskvanın "Filatov" Konstruktor Bürosu tərəfindən təqdim edilib. Model hazırda sınaqlara hazırlanır.
Məlumata görə, təqdim edilən şəkillərdə avtomobilin 1:5 miqyasında maketi göstərilib. Avtomobilin ikiyerli olması nəzərdə tutulur. Qapılar əvəzinə kabinənin şəffaf açılan örtüyü var. Yığılmış vəziyyətdə pərlər mühərriklərlə birlikdə gövdənin yan tərəflərindəki xüsusi bölmələrdə gizlədilir və aviasiya transformasiyası zamanı açılır.
Bundan əlavə, bildirilir ki, havada fövqəladə vəziyyət yarandığı təqdirdə, "İF-9"un kabinəsi pirotexniki patronlar vasitəsilə ayrılaraq, kapsula şəklində yuxarı atılır. Bu vəziyyətdə, sərnişinlər paraşütlə yerə enirlər.
"Avto-moto" teqi üzrə xəbərlər
- Mühərrik yağının dəyişdirilməsi intervalının düzgün hesablanmasının sirləri
- Yeni "Aston Martin" avtomobillərində problem aşkarlandı
- Avropanın ən təhlükəsiz avtomobilləri açıqlandı
- Elektromobillər üçün avtomatik enerjidoldurma stansiyaları: Çindən innovativ yenilik
- Elektromobillərin xidməti haqqında danışılmayan vacib aspektlər
Rəylər