Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Pep Qvardiola antirekordunu TƏKRARLADI
"Mançester Siti" 2024/25 mövsümündə ümumilikdə 12-ci məğlubiyyətini alıb.
Oxu.Az xəbər verir ki, İngiltərə klubu Çempionlar Liqasının pley-offunun ilk oyununda "Real Madrid"ə 2:3 hesabı ilə məğlub olub.
Bu, Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiolanın karyerasının antirekordunun təkrarıdır.
Belə ki, ispaniyalı mütəxəssis yalnız 2019/20 mövsümündə bu qədər məğlubiyyətə üzülüb. O, həmin uğursuzluğu da "şəhərlilər"lə yaşayıb.
Qeyd edək ki, "Mançester Siti" cari mövsümdə Çempionlar Liqasında 4, Premyer Liqada 7, İngiltərə Liqa Kubokunda bir dəfə məğlub olub.
"Pep Qvardiola" teqi üzrə xəbərlər
- Pep Qvardiola həyat yoldaşı ilə barışmaq üçün dişini bəhanə edərək İspaniyaya gedib
- Qvardiola "Mançester Siti"nin uğursuzluğunu Kevin De Bruynenin üzərinə atdı
- Pep Qvardiola "Real Madrid"ə qalib gələ bilməyəcəklərini etiraf edib
- Qvardiola üç ulduz futbolçusu ilə yolları ayırmağı PLANLAŞDIRIR
- Qvardiola "Mançester Siti"nin "Real"a məğlubiyyətinin səbəblərini açıqladı
Ən çox oxunanlar