Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yaponiyada güclü qar mindən çox sərnişini gecəni aeroportda keçirməyə vadar edib
Yaponiyada güclü qar yağması səbəbindən 1600-dən çox sərnişin gecəni Hokkaydo adasının hava limanında keçirməyə məcbur olub.
Oxu.Az NHK telekanalına istinadla xəbər verir ki, fevralın 11-də günorta saatlarında Hokkaydodakı ən böyük aeroport olan Sin-Titosenin yaxınlığında külək və qar güclənib, bu da görünüşün əhəmiyyətli dərəcədə pisləşməsinə gətirib çıxarıb.
Bununla əlaqədar olaraq 118 reys ləğv olunub. Ləğv edilmiş reyslərin sərnişinlərinin xeyli hissəsi sürət qatarlarından istifadə edə bilmədiyinə görə gecəni hava limanında döşəməyə sərilmiş xalçalar üzərində keçirib.
"Yaponiya" teqi üzrə xəbərlər
- Yaponiyada güclü qar səbəbindən 60-dan çox aviareys təxirə salınıb
- Yaponiya Çinin yaxınlığında raketlər yerləşdirə bilər
- Dünyanın ən yaşlı qadın bərbəri 108 yaşındadır
- "Toyota" üçün avtomobil hissələri istehsal edilən zavodda güclü partlayış
- Dünyanın ən dəqiq saatı satışa çıxarılır: 10 milyard ildə sadəcə 1 saniyə səhv edə bilər
Ən çox oxunanlar