Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Şirvanda beş evdən 53 min manatlıq oğurluq etdi: ƏLƏ KEÇDİ](https://images.oxu.az/2025/02/12/ARaf1AG9twKJeQ91fhbAraBTpxYSoSlpGR1z3lVF:1200.webp)
Şirvanda beş evdən 53 min manatlıq oğurluq etdi: ƏLƏ KEÇDİ
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə şəhər ərazisində yerləşən beş evdən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Mirzağa Qasımov saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, onun evlərdən 53 000 manat dəyərində qızıl-zinət və məişət avadanlıqları oğurladığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, M.Qasımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Ağdaşda oğurluq və narkotik cinayətlərinə görə yeddi nəfər saxlanılıb
- Polis Bakıda 11 elektromobildən oğurluq edən şəxsi saxladı
- Bakıda avtomobillərə və evlərə qənim kəsilənlər SAXLANILDILAR - Aralarında qadın da var
- Türkiyədə maraqlı oğurluq: Kişi üç gün ərzində havalandırma boşluğunda gizlənib
- Moskvada qəribə hadisə: Kişi maşınını almaqdan imtina edən şəxsi OĞURLADI
Ən çox oxunanlar
Rəylər