Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Görkəmli tarzən Bəhram Mansurovun doğum günüdür
Bu gün görkəmli tarzən, muğamların mahir ifaçısı, Xalq artisti Bəhram Mansurovun doğum günüdür.
Oxu.Az xatırladır ki, klassik Azərbaycan muğamlarının qorunub saxlanılmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi Bəhram Mansurov 1911-ci ildə İçərişəhərdə doğulub. Bəhram Mansurov ilk təhsilini mədrəsədə, sonra isə rus-tatar məktəbində alıb.
Tarzən ailəsində dünyaya göz açan Bəhram Mansurovlar nəslinin musiqi ənənələrinin davamçısı olub. Onun peşəkar tarzən kimi püxtələşməsində böyük rol oynayıb.
Bəhram Mansurov on doqquz yaşında Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət edib. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrinin, sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Opera və Balet Teatrında Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işləyib. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları müşayiət edib.
Bəhram Mansurovun ifasında "Çahargah" və "Rast" muğamları nota alınıb, "Bayatı-Şiraz", "Humayun", "Şur", "Bayatı-kürd", "Çahargah" ilk dəfə UNESCO-nun xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb.
O, 1978-ci və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil edib.
Görkəmli tarzən 54 il Opera və Balet Teatrında çalışıb, muğam operalarında xanəndələri müşayiət edib. Onun ifasında olan bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu, Azərbaycan xalq artisti, bəstəkar Eldar Mansurov tərəfindən nota salınıb.
1971-ci ildə tanınmış görkəmli tarzən haqqında "Çalır Bəhram Mansurov" sənədli televiziya filmi çəkilib.
Xalq artisti Bəhram Mansurov 1985-ci il mayın 14-də vəfat edib.
"Zeynəb Xanlarova" teqi üzrə xəbərlər
- Xronika: "Səsyazma studiyasından Zeynəb Xanlarovanın kasetini almağa imkan vermədilər"
- Ceyran Haşımova: "Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır"
- Mirzə Babayevin nəvəsi: "Brilliant Dadaşova babamdan istifadə edirdi"
- Bakıxanovların 93 yaşlı nümayəndəsi: "Dedilər, evinizdən İran şahının məktubları çıxıb"
- Ruha və qəlbə toxunan mahnılar: İllər keçsə də, sevilən bəstəkarın ahəngi qulaqlardan silinmir
Rəylər