Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Peşəkar Futbol Liqasının prezidenti yenidən əməliyyat olunacaq
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov iki aydan sonra növbəti dəfə əməliyyat olunacaq.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu PFL-in Media və marketinq direktoru Sənan Abdullayev deyib.
Onun sözlərinə görə, cərrahi müdaxilə martın ortalarında nəzərdə tutulsa da, həkimlərin qərarına əsasən, may ayında Bakıda gerçəkləşəcək.
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisədən sonra E.Səmədov Türkiyədə və Azərbaycanda bir neçə dəfə əməliyyat olunub.
"Elxan Səmədov" teqi üzrə xəbərlər
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılacaq?
- Peşəkar Futbol Liqasında "Ayın qolu" layihəsinin şərtləri niyə DƏYİŞDİRİLDİ?
- Xankəndi yolundakı qəzada ağır xəsarətlər alan PFL prezidenti işinə qayıtdı - ÖZƏL
- Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən PFL prezidenti xəstəxanadan evə buraxılacaq