Futbol üzrə Azərbaycan I Liqasında 2026/27 mövsümünün püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, Peşəkar Futbol Liqasının inzibati binasında təşkil olunan tədbirdə PFL prezidenti Elxan Səmədov, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev, eləcə də klubların nümayəndələri iştirak ediblər.
10 komandanın mübarizə aparacağı Azərbaycan I Liqası üç dövrəli sistem üzrə keçiriləcək. Püşkatma zamanı çempionatın I və XIX turlarının təqvimi müəyyənləşib.
Sentyabrın 3-də start götürəcək yeni mövsümün ilk turunda aşağıdakı qarşılaşmalar keçiriləcək:
MOİK - "Şahdağ Qusar";
"Şimal" - "Cəbrayıl";
"Xankəndi" - "Səbail";
"Mingəçevir" - "Zaqatala";
"Baku Sportinq" - "Karvan-Yevlax".
XIX turun oyunları isə belə olacaq:
"Mingəçevir" - "Xankəndi";
"Şahdağ Qusar" - "Zaqatala";
"Baku Sportinq" - "Səbail";
"Şimal" - MOİK;
"Cəbrayıl" - "Karvan-Yevlax".
Qeyd edək ki, Azərbaycan I Liqasında 2026/27 mövsümünə sentyabrın 3-də start veriləcək.