Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Lavrov: "Rusiya NATO hərbçilərinin Ukraynada olmasını qəbul etməyəcək"
"Rusiya heç bir şərt altında NATO hərbçilərinin Ukraynada sülhməramlı kimi yerləşdirilməsini qəbul etməyəcək".
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı bloqerlər Mario Naufal, Larri Conson və Endryu Napolitano ilə müsahibəsində bildirib.
Lavrova "Rusiya hansı şərtlərlə NATO ölkələrinin hərbçilərinin Ukraynada sülhməramlı kimi yerləşdirilməsini qəbul edə bilər" sualı verildikdə, o, birmənalı şəkildə bu təşəbbüsün istənilən variantını rədd edib.
"Heç bir şərt altında. Heç kim bizimlə danışmır. Onlar "Ukrayna haqqında Ukraynasız heç nə edilməməlidir" deyə təkid edirlər, lakin Rusiyaya qarşı, Rusiyasız hər şey edirlər. ABŞ Prezidenti Donald Trampdan sülhməramlılar barədə soruşduqda, o, cavabında hələ bu mövzunu müzakirə etmək üçün çox tez olduğunu, lakin adətən bunun üçün bütün tərəflərin razılığı tələb olunduğunu bildirdi. Biz niyə sülhməramlı qüvvələrə və ya hansısa sülhməramlı qruplara razılıq verməliyik? Onlar bu qüvvəni bizi düşmən elan etmiş ölkələrdən formalaşdırmaq istəyirlər. Onlar oraya sülhməramlı kimi gələcəklər?" - deyə Lavrov vurğulayıb.