Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rahil Məmmədovun Polşa klubundan ayrılmasının SƏBƏBİ BİLİNDİ
Azərbaycan milli komandasının futbolçusu Rahil Məmmədov Polşanın "Radomyak" klubundan ayrılmasının detalları məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Podgolebnikiem.pl" podkastına polşalı jurnalist Rafal Yonçik danışıb.
Mənbənin sözlərinə görə, 30 yaşlı müdafiəçi martda Azərbaycan yığmasının düşərgəsindən "Radomyak"ın sıralarına komanda yoldaşı Renat Dadaşovdan bir gün gec qoşulub. Buna səbəb, onun həmin vaxt ailəsi ilə birlikdə səyahətdə olmasıdır.
Futbolçunun davranışını bəyənməyən Polşa klubunun rəsmiləri R.Məmmədovu əsas komandanın heyətindən kənarlaşdırıblar.
Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov Polşanın "Radomyak" klubu ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Podgolebnik.pl" nəşri məlumat yayıb.
29 yaşlı futbolçu "Radomyak" klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.
Qeyd edək ki, onun sözləşməsi 2026-cı ilin yayında başa çatmalı idi.