"Azərbaycandakı minifutbol üzrə dünya çempionatı çox yaxşı təşkil olunub. Bakıdakı qonaqpərvərliyə heyran qaldım".
Bunu Oxu.Az-a açıqlamasında Polşa Minifutbol Federasiyasının prezidenti Mixal Burjinski deyib.
O bildirib ki, Azərbaycanda minifutbol yüksək səviyyədədir:
"Dövlətiniz həmişə idmana dəstək olur. Yarışın keçirildiyi Milli Gimnastika Arenası əladır. Həmçinin atmosfer möhtəşəmdir. Bu turnir üçün çalışan çox sayda insan var".
Xatırladaq ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
Məhərrəm Əliyev