“Porto”nun braziliyalı sol cinah müdafiəçisi Aleks Telles “Mançester Yunayted”lə transfer danışıqları üçün İngiltərəyə yollanıb.
Bu barədə “Milliyet” məlumat yayıb.
Britaniya mətbuatı transfer məbləğinin 40 milyon avro (80 milyon 100 min manat) olduğunu yazıb. Aleks Telles üçün sözügedən rəqəm ödəniləcəyi halda futbolçunun bundan öncəki komandası “Qalatasaray” transferdən 3,5 milyon avro (7 milyon manat) qazanacaq.
Xatırladaq ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Qalatasaray” sentyabrın 17-də Bakıda “Neftçi”nin qonağı olacaq.