Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Portuqaliya millisinin ulduzu karyerasını başa vurdu
Portuqaliyalı futbolçu Luiş Nani peşəkar karyerasını başa vurub.
Oxu.Az xəbər verir ki, o, 38 yaşında bu addımı atıb.
Naninin çıxış etdiyi son klub "Eştrela" olub. Portuqaliyalı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək, futbolla vidalaşdığını açıqlayıb.
Qeyd edək ki, Nani karyerası ərzində "Sportinq", "Mançester Yunayted", "Fənərbağça", "Valensiya", "Latsio" və "Adana Dəmirspor" kimi klublarda çıxış edib. O, 4 dəfə İngiltərə Premyer Liqasının, bir dəfə Çempionlar Liqasının qalibi olub. Yarımmüdafiəçi Portuqaliya yığmasının heyətində 112 oyunda 23 qolla yadda qalıb və AVRO-2016-nın çempion titulunu qazanıb.
Rəylər