AVRO-2024 ərəfəsində milli komandalar arasında yoldaşlıq görüşləri keçirilir.
Oxu.Az xəbər verir ki, Ermənistan səfərdə Sloveniyaya 2:1 hesabı ilə məğlub olub.
İsveçrə doğma meydanda Estoniyanı darmadağın edib - 4:0.
Avstriya Serbiyadan, İrlandiya isə eyni hesabla Macarıstandan üstün olub - 2:1.
Rumıniya - Bolqarıstan və İtaliya - Türkiyə oyunlarında hesab açılmayıb - 0:0.
Portuqaliya isə ev matçında Finlandiyaya böyük hesabla qalib gəlib - 4:2. Meydan sahiblərindən Fernandeş, qonaqlardan isə Pukki dublla yadda qalıblar. Portuqalların ulduzu Kriştianu Ronaldu matçı buraxıb.