Avstraliyalı Angelos Postekoqlu İngiltərənin "Nottingem Forest" futbol klubunun baş məşqçisi vəzifəsindən istefaya göndərilib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Baş məşqçinin fəaliyyətinə "Nottingem"in İngiltərə çempionatının səkkizinci turu çərçivəsində doğma meydanda "Çelsi"yə 0:3 hesabı ilə məğlubiyyətindən sonra son verilib.
Qeyd edək ki, bu nəticədən sonra komandanın bütün turnirlərdə qələbəsiz seriyası 10 oyuna çatıb. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 5 xalla 17-ci yerdə qərarlaşıb. O, bu mövsümün əvvəlində Nottingem təmsilçsinin baş məşqçisi təyin olunmuşdu.