"Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Anderson karyerasını "Mançester Siti"də davam etdirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Mançester klubunun rəsmi saytı məlumat yayıb.
Hazırda DÇ-2026-da İngiltərə millisinin düşərgəsində olan 23 yaşlı futbolçu Kanzas şəhərində tibbi müayinədən keçib. Transferin rəsmən tamamlanması onun İngiltərəyə qayıdışından sonra baş tutacaq.
"Nyukasl"ın yetirməsi olan Anderson 2024-cü ildə 15 milyon funt-sterlinq qarşılığında "Nottingem Forest"ə transfer olunmuşdu.
Ötən mövsüm yarımmüdafiəçi İngiltərə Premyer Liqasında 38 oyunda meydana çıxaraq dörd qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Məlumata görə, futbolçunun transferi "Mançester Siti"yə 135 milyon avroya başa gəlib. Bununla da Elliot Anderson tarixin ən bahalı britaniyalı futbolçusu olub.