Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, “Sabah” öz meydançasında “Araz-Naxçıvan”la qarşılaşıb.
Matçın birinci hissəsində qapılara qol vurulmayıb. Hesab fasilədən sonra açılıb. 54-cü dəqiqədə meydan sahiblərinin oyunçusu Emmanuel Apeh yaxın məsafədən toru silkələyib. Qarşılaşmada son nöqtəni 90+7-ci dəqiqədə Kahim Parris qoyub. Beləliklə, 2:0 hesablı qələbə qazanan bakılılar xallarının sayını 34-ə yüksəldiblər. Naxçıvan təmsilçisi isə 31 xalda qalıb.
Qeyd edək ki, ötən gün “Kəpəz” səfərdə “Sumqayıt”ı (3:1) məğlub edib, bu gün “Zirə” ilə “Turan Tovuz” (1:1) bərabərə qalıblar. Tura martın 3-də keçiriləcək “Qəbələ” - “Səbail” və “Neftçi” - “Qarabağ” oyunları ilə yekun vurulacaq.
Rəylər