Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.
Oxu.Az-ın məlumatına görə, 2023-cü ilin son turunun ilk oyunu Qəbələdə keçirilib.
Şəhərin eyni adlı komandası “Sabah”ı qəbul edib. Uğursuz mövsüm keçirən Bakı klubu autsayderə qarşı səfər görüşündə də məğlub olub. Qarşılaşmanın taleyini bir qol həll edib. Murad Musayevin 45+2-ci dəqiqədə başla vurduğu qol “qırmızı-qaralar”a 1:0 hesablı qələbə qazandırıb. Qonaqların heyətində Anatoli Nuriyev ikinci hissədə penaltini qola çevirə bilməyib.
Bununla da sonuncu pillədə yer alan “Qəbələ” xallarının sayını 14-ə yüksəldib və doqquzuncu yerdəki “Kəpəz”ə çatıb. “Sabah” isə 22 xalla yeddinci yerdə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları dekabrın 23-24-də keçiriləcək.
09:26
Bu gün Azərbaycan Premyer Liqasında 2023-cü ilin son turuna start veriləcək.
Oxu.Az-ın məlumatına görə, XVIII turun ilk görüşü Qəbələdə reallaşacaq.
Son üç turda rəqiblərinə 0:3 hesabı ilə məğlub olaraq turnir cədvəlində axırıncı pilləyə düşən “qırmızı-qaralar” doğma meydanda uğursuzluğa son qoymağa çalışacaq. Bakı klubu isə ilk üçlükdən daha da uzaq düşməmək üçün səfərdən 3 xalla dönməyi hədəfləyir.
Turun digər matçları dekabrın 23-24-də keçiriləcək.
Premyer Liqa
XVIII tur
22 dekabr (cümə)
16:00. “Qəbələ” - “Sabah”
Qəbələ şəhər stadionu.
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | “Qarabağ” | 17 | 12 | 2 | 3 | 44-14 | 38 |
| 2 | “Zirə” | 17 | 8 | 5 | 4 | 13-9 | 29 |
| 3 | “Səbail” | 17 | 7 | 5 | 5 | 26-26 | 26 |
| 4 | “Araz-Naxçıvan” | 17 | 7 | 5 | 5 | 19-16 | 26 |
| 5 | “Neftçi” | 17 | 7 | 4 | 6 | 19-17 | 25 |
| 6 | “Sumqayıt” | 17 | 6 | 6 | 5 | 18-23 | 24 |
| 7 | “Sabah” | 17 | 6 | 4 | 7 | 25-21 | 22 |
| 8 | “Turan Tovuz” | 17 | 5 | 4 | 8 | 26-27 | 19 |
| 9 | “Kəpəz” | 17 | 3 | 5 | 9 | 11-27 | 14 |
| 10 | “Qəbələ” | 17 | 3 | 2 | 12 | 11-32 | 11 |
Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) - 12, Aleksandr Ramalinqom (“Səbail”) - 7.