Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Premyer Liqa: "Zirə" "Səbail"i bir qolla üstələdi
"Zirə" Misli Premyer Liqasında "Səbail"i məğlub edib.
Oxu.Az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionundakı XXVI turun oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Qonaqların heyətində Suleyman Alluş 73-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. 90+6-cı dəqiqədə Ruan Renato qalibiyyət qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Səbail" 18 xalla sonuncu - 10-cu sıradadır.
Günün ilk matçında "Şamaxı" evdə "Sabah"dan üstün olub - 1:0.
Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.
Misli Premyer Liqasında "Şamaxı" "Sabah"a qalib gəlib.
Oxu.Az xəbər verir ki, Şamaxı şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Otuzuncu dəqiqədə Edqar Adilxanov fərqlənib. Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "Şamaxı" yeddinci pillədə qərarlaşıb. Paytaxt klubu 34 xalla beşinci sıradadır.
Günün saat 17:30-da başlayacaq oyununda "Zirə" "Səbail"i qəbul edəcək.
Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.
Bu gün Misli Premyer Liqasının XXVI turunda daha iki oyun keçiriləcək.
Oxu.Az xəbər verir ki, ilk olaraq "Şamaxı" "Sabah"ı qəbul edəcək.
Matç saat 15:00-da start götürəcək. Meydan sahibləri 24 xalla 7-ci, qonaqlar 34 xalla beşinci pillədə qərarlaşıb.
Günün ikinci görüşündə isə "Zirə" "Səbail"i sınağa çəkəcək. Qarşılaşma saat 17:30-da başlayacaq. "Qartallar" 48 xalla ikinci, "dənizçilər" 18 xalla sonuncu - 10-cu sıradadır.
Misli Premyer Liqası
III dövrə, XXVI tur
9 mart
15:00. "Şamaxı" - "Sabah"
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
Şamaxı şəhər stadionu
17:30. "Zirə" - "Səbail"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.