Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
Premyer Liqa: “Səbail” son dəqiqə qolu sayəsində məğlubiyyətdən xilas olub - VİDEO
Azərbaycan Premyer Liqasında XV tura start verilib.
“Report”un məlumatına görə, açılış oyunu “Dalğa Arena”da keçirilib.
Rəqiblərini həmin arenada qəbul edən “Araz Naxçıvan” bu dəfə “Səbail”lə qarşılaşıb. Görüşdə hesabı nominal meydan sahibləri açıblar.
Mohammed Kadiri 17-ci dəqiqədə fərqlənib. Lakin qonaqlar məğlubiyyətdən son anda qurtulublar. 90+3-cü dəqiqədə Numan Kurdiç avtoqol müəllifi olub. Nəticədə qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bununla “Səbail” xallarının sayını 23-ə, “Araz Naxçıvan” isə 22-yə yüksəldib.
Qeyd edək ki, turun “Turan Tovuz” – “Sumqayıt” görüşü bu gün, digər matçlar isə dekabrın 3-4-də baş tutacaq.
"Sumqayıt şəhəri" teqi üzrə xəbərlər
- Sumqayıtda kimsəsiz kişi xəstəxanadan QOVULUB? - AÇIQLAMA
- Güclü yağış səbəbindən bəzi çoxmərtəbəli yaşayış komplekslərində MƏNZİLLƏRİ SU BASDI
- Sumqayıtda ticarət mərkəzində baş verən yanğın SÖNDÜRÜLDÜ
- "Sumqayıt" MTK ağacları kəsdi, nazirlik yenilərini əkdi
- Evdə qısaqapanma faciə yaşatdı: Sumqayıtdakı dəhşətli hadisənin DETALLARI