Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Premyer Liqa: "Sabah" "Şamaxı"nı üç qolla məğlub etdi
Misli Premyer Liqasında XXXIV tura start verilib.
Oxu.Az xəbər verir ki, açılış matçında "Sabah" "Şamaxı"nı qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 3:1. Meydan sahiblərinin qollarını 12 və 72-ci dəqiqələrdə İqor Nogeyra, 90+3-cü dəqiqədə Pavol Safranko vurub.
Qonaqlardan Leroy Mikels 26-cı dəqiqədə adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 44-ə çatdıran "Sabah" beşinci pillədə qərarlaşıb, "Şamaxı" isə 36 xalla yeddinci sıradadır.
Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura bu gün start veriləcək.
Oxu.Az xəbər verir ki, turun ilk oyununda "Sabah" "Şamaxı"nı qəbul edəcək.
"Bank Respublika Arena"dakı qarşılaşma saat 19:00-da başlayacaq.
IV dövrə, XXXIV tur
9 may
19:00. "Sabah" - "Şamaxı"
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Xatırladaq ki, "Sabah" 41 xalla beşinci, "Şamaxı" isə 36 xalla yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq.
"Azərbaycan Premyer Liqası (Misli Premyer Liqası)" teqi üzrə xəbərlər
- "Sumqayıt" klubu azarkeşlərinə jest edib
- AFFA "Sumqayıt"ın futbolçularını cəzalandırdı
- Elvin Məmmədovun "Səbail" klubundakı gələcəyinə aydınlıq gətirildi
- Vaqif Cavadov: "Rəhbərlik bildirdi ki, qarşıdakı illərdə yenidən baş məşqçi kimi çalışa bilərəm"
- "Qarabağ"ın mükafatlandırma mərasiminin vaxtı bəlli oldu