Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Zirə” öz meydanında “Şamaxı”nı qəbul edib.
Görüşdə qalib müəyyənləşməyib - 2:2. Oyunda hesabı 29-cu dəqiqədə “Zirə”nin hücumçusu Hamidu Keyta açıb. Ancaq “Şamaxı” təslim olmayıb. 60-cı dəqiqədə Amil Yunanov penaltidən hesabı bərabərləşdirib, 73-cü dəqiqədə isə Kamran Quliyev bölgə klubunu önə keçirib. Matçda son nöqtəni də “Şamaxı”lı qoyub. Ancaq Nihad Quliyev qapıları səhv salıb.
Bu nəticədən sonra xalını 36-ya çatdıran “Zirə” 4-cü pillədəki mövqeyini qoruyub. “Şamaxı” isə 20 xalla 8-cidir.
Turun digər oyunları şənbə və bazar günləri keçiriləcək.
10:12
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. “Zirə” öz meydanında “Şamaxı”nı qəbul edəcək.
24 turdan sonra paytaxt təmsilçisi 35 xalla 4-cüdür. 19 xala malik şamaxılılar isə 8-ci pillədə qərarlaşıblar.
“Şamaxı” son 10 oyunda “Zirə”yə qalib gəlməyib. Bakılılar ardıcıl 7 matçda qol buraxmayıblar.
Turun digər oyunları şənbə və bazar günləri keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXV tur
3 mart (cümə)
17:00. “Zirə” – “Şamaxı”
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Cəmil Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu.